Milanda təyyarə qəzasında 8 nəfər ölüb - YENİLƏNİB

Milanın cənub-qərbində "San-Donato" metro stansiyası yaxınlığında “Piper” tipli təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə ANSA agentliyi məlumat yayıb.

Ölənlər arasında 2 pilot, biri uşaq olmaqla, 6 sərnişin var.

Ölənlərdən biri Fransa vətəndaşı olan qadındır.

***

Baş nazir: "Mixeil Saakaşvili Gürcüstanda saxlanılıb" - VİDEOŞarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıbBritaniyada bu gün 35,6 min nəfərdə koronavirus aşkarlanıb

saat 17.00

Kiçik həcmli təyyarə Milanın cənubunda "San-Donato" metro stansiyası yaxınlığına düşüb.
APA-nın “La Repubblica” qəzetinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində yaxınlıqdakı bina və bir neçə avtomobil yanıb.
Milanın “Linate” aeroportundan Sardiniyaya uçan təyyarənin pilotu və 5 sərnişin ölüb.