Bakıda yaxınlıqda yerləşən 3 evdə yanğın olub

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 85 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, bitişik, ümumi sahəsi 70 m² olan digər birmərtəbəli evin (hər iki evin dam örtüyü ondulindən ibarət) yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyü 5 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.