Meksikada daşqın nəticəsində təxliyə edilən insanların sayı 3 mini ötüb

Meksikanın Queretaro ştatında daşqın nəticəsində təxliyə edilən insanların sayı 3 mini keçib.

APA xəbər veerir ki, bu barədə “Milenio” nəşri məlumat yayıb.

San Xuan çayı boyunca yerləşən doqquz bölgənin əhalisi hərbçilərin köməyi ilə təhlükəsiz yerlərə nəql edilib.

Yağışlar davam etdiyindən evakuasiya olunanların sayının arta biləcəyi istisna edilməyib.

Ölən və ya yaralılar haqqında heç bir məlumat yoxdur, maddi ziyanın ümumi miqdarı hələ müəyyən edilməyib.