Qorxunc olay: 18 günlük körpə valideynlərinin arasında əzildi

Braziliyanın Karnaval şəhərində yaşayan cütlük-Alisa Hulme və Mikael Finneyin 18 gün əvvəl qız övladı dünyaya gəlib. Lakin körpələrini öz otağında saxlayan ana və ata qorxunc bir hadisə yaşayıb.
“Sherg.az” “Haberglobal.com”a istinadən xəbər verir ki, ana gecə körpəni əmizdirib, sonra isə atası onu beşiyə qoyub. Təəssüf ki, körpə səhər saatlarında cütlük arasında ölü tapılıb.
Hadisədən sonra polis bölməsinə aparılan cütlük onlara qarşı irəli sürülən iddiaları qəbul etməyib. Atası körpəni gecə beşiyə qoyduğunu dəqiq xatırladığını söyləyib. Hakim isə bildirib ki, 18 günlük körpə öz başına beşikdən çıxa bilməz. Lakin araşdırma dərin aparıldıqdan sonra hakim faciəli hadisənin yalnız bir qəza olduğuna qərar verib.