Metroda özünü pis hiss edən kişi dünyasını dəyişib

Bu gün qatardan düşərək "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyi üçün yuxarı vestibüldə metro əməkdaşa yaxınlaşıb.

APA xəbər verir ki, metro əməkdaşları tərəfindən dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə, 45-50 yaş aralığında olan sərnişin, təəssüf ki, az sonra dünyasını dəyişib.

Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiqləyib.