Göygöldə kişi həyat yoldaşını boğaraq qətlə yetirib

İyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü M. Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev daha sonra polisə könüllü təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.