Moped sürücüsü hərəkətdə olarkən yıxılaraq ölüb

Moped sürücüsü hərəkətdə olarkən yıxılaraq ölüb.

“Sherg.az”xəbər verir ki, hadisə Gəncə şəhəri ərazisində qeydə alınıb.
1995-ci il təvəllüdlü Məmmədli Səyad Rauf oğlu idarə etdiyi mopedlə hərəkətdə olarkən idarəetməni itirərək yıxılıb.
Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.