Sumqayıtda yol qəzası baş verib- 4 nəfər xəsarət alıb 

Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 “Sherg.az” xəbər verir ki, hadisə Sülh prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.
"Toyota Prius” və "İsuzu" markalı avtomobillər toqquşub. Nəticədə "Prius"da olan sürücü və 3 sərnişin xəsarət alıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.