Bakıda evdən 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

Suraxanıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə “Sherg.az”-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 8-də Yeni Suraxanı qəsəbəsində evlərin birindən 12.100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən H.Bağırov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.