Yaponiya ötən əsrdən bəri ilk dəfə xaricdən düyü aldı
Yusif Nəzərli
15:50 22.04.2025
İqtisadiyyat
367
Yaponiya ölkə daxilində yaranan taxıl qıtlığı səbəbindən 1999-cu ildən bəri ilk dəfə Cənubi Koreyadan düyü idxal edib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Yaponiyanın Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı və Balıqçılıq Nazirliyinin verdiyi məlumata görə, aprel ayında Yaponiyada düyü qiymətləri bir il əvvələ nisbətən iki dəfədən çox artıb. Qiymət artımı əsasən 2024-cü ildə təbii fəlakətlər və yüksək temperatur səbəbindən məhsuldarlığın azalması, həmçinin pandemiyadan sonra ölkəyə turist axınının bərpa olunması ilə izah edilir.
Düyü idxalını Koreya Respublikası Kənd Təsərrüfatı Kooperativləri Milli Federasiyasının (NongHyup) Yaponiyadakı ofisi həyata keçirib. Cənubi Koreyada 2 ton düyü alınaraq, onu Yaponiyada yerli supermarketlər və onlayn platformalar vasitəsilə satışa çıxarıblar. Federasiyanın nümayəndəsinin sözlərinə görə, həftənin sonuna qədər əlavə 20 ton Cənubi Koreya düyüsünün Yaponiyaya çatdırılması gözlənilir.
"Bloomberg" qeyd edib ki, əvvəlki illərdə idxal rüsumları səbəbindən Cənubi Koreya düyüsü Yaponiyada rəqabətə davamlı deyildi. Lakin hazırkı vəziyyətdə artan tələbat və yerli bazarda qiymətlərin yüksəlməsi fonunda bu maneələr zəifləyib.
Agentlik əlavə edib ki, Cənubi Koreya, Yaponiya və Çin arasında ticarət əlaqələrinin gücləndirilməsi tendensiyası ABŞ-ın sabiq prezidenti Donald Trampın proteksionist siyasətinə cavab olaraq formalaşıb. Bu çərçivədə Seul, Tokio və Pekin bir-birilə əməkdaşlığı artırmağa çalışır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə