37 yaşlı super ulduzun yeni ünvanı bəlli olub

"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı maraq doğuran Kristian Ronaldoya son dəqiqələrdə geri dönüş yaşanıb. İtaliya mətbuatı dünya şöhrətli futbolçu ilə bağlı "bomba" iddia ilə çıxış edib. 37 yaşlı super ulduzun yeni ünvanı bəlli olub. 

Sherg.az xarici media istinadən xəbər verir ki, "Yuventus"dan ayrıldıqdan sonra "Mançester Siti"yə transfer olunacağı gözlənilən, lakin Aleks Ferqyusonun daxil olması ilə "Mançester Yunayted"ə imza atan Kristian Ronaldo, Premyer Liqa nəhəngləri ilə 2023-cü ilə qədər müqavilə imzalayıb. Dünya şöhrətli futbolçunun müqaviləsi 2022-2023-cü il mövsümünün sonunda başa çatacaq.

37 yaşlı ulduz futbolçu bu mövsüm 39 matçda meydana çıxmaq şansı qazanıb. Kriştiano Ronaldo bu matçlarda 24 dəfə rəqib qapısını havalandıra bilib. 37 yaşlı ulduz futbolçu komanda yoldaşlarına 3 qol ötürməsi  verib.

Turan