“Şagirdi və müəllimi məktəbə qaytarmaq lazımdır”
“Şagirdi və müəllimi məktəbə qaytarmaq lazımdır”
Yusif Nəzərli
14:07 31.05.2022
İdman
709
“Əlbəttə, valideynin öz hüququdur. Uşağını repetitor yanına göndərə bilər”
“Amma repetitor da uşaqları tədrisdən ayırır, yavaş - yavaş məktəbin nüfuzu sarsılır”
Təhsil naziri Emin Əmrullayev “Təhsil biznesi problem və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən ölkədəki repetitorluq kurslarından danışıb. O, bildirib ki, Azərbaycanda repetitorluq kurslarının özəl sektordakı payı oturuşmuş ümumtəhsil məktəblərinin sayından qat-qat çoxdur.
Onun sözlərinə görə, buna səbəb özəl kursların daha qısa və konkret olmasıdır.
“Valideynin gözləntisi ondan ibarətdir ki, repetitor daha qısa müddət ərzində uşağın balını qaldırır. Ona görə ödəmə həvəsi daha yuxarıdır. Amma biz fundamental təhsilə qayıtsaq və tədqiqatlara baxsaq, görərik ki, valideynlər nə qədər pul xərcləyirsə, xərcləsin, aşağı siniflərdə aşağı nəticə göstərən şagirdlərin, yuxarı siniflərdə, yaxşı nəticə əldə etməsi çox az hallarda, yeni daha çox istisna hallarda mümkündür. Təhsil uzunmüddətli, davamlı, arası kəsilməz prosesdir. Yəni 9 il heç nə etməyib, 10-11-ci siniflərdə kiməsə pul verib daha çox bal yığmaq mümkün deyil. Bu məncə bizim cəmiyyətimizdə olan bir mifdir “,- deyə nazir qeyd edib.
Nazirin fikirlərinə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov onunla razılaşıb. Ekspertin qənaətincə, elə bir dövr gələcək ki, repetitor kurslarının sayı 2-3 qat artacaq:
“Ümumtəhsil məktəbləri haqqında olan sənədlərin heç birində orta ümumtəhsil məktəbinin vəzifəsinin ali məktəbə tələbə hazırlamaq olduğu yazılmayıb. Orta ümumtəhsil məktəb hər tərəfli inkişaf etmiş, ahəngdar, şəxsiyyət yönümlü səriştəyə əsaslanan vətəndaş hazırlayır. Amma bizdə belə bir mentalitet var ki, şagird mütləq ali məktəbə qəbul olunmalıdır. 700 bal toplayan tələbə olmayanda təhsilin keyfiyyətinin aşağı olduğunu deyirik. Təhsilin keyfiyyəti 700 bal ilə ölçülmür. Bu yanaşmanı dəyişmək lazımdır. Orta ümumtəhsil məktəblərinin vəzifəsi ali məktəblərə tələbə hazırlamaq deyil, vətəndaş hazırlamaqdır”.
Ekspert repetitor kurslarının artmasının səbəbini izah edib. O, bildirib ki, biz təhsilə baxış bucağımızı dəyişməliyik:
“20-30 il bundan əvvəl repetitorluq yalnız 10-11-ci siniflər üçün idi. Vaxt keçdikcə, bu düşdü. İndi uşaq bağçalarından valideynlər müəllim tutur. Çünki bizdə ixtisaslaşma gedir. Məsələn, kim həkim olmaq istəyirsə, kimya, biologiya kimi fənlər oxuyur. Məktəb ümumi bilik verməlidir. Biz bu vəzifələri səhv salırıq. İntiharlar, bullinqlər də buna görə artır. Ona görə ki, valideynlər şagirdlərə bu barədə təzyiq göstərir. Bunların hər biri uşaq psixologiyasına təsir göstərir. Məsələn, Almaniyada peşə məktəblərinin sayı ali məktəblərin sayından çoxdur. Biz təhsilimizə yanaşma tərzimizi dəyişməliyik”.
N.İsrafilov onu da əlavə edib ki, ali məktəbə qəbul olunmaq üçün verilən suallar orta məktəb proqramı ilə üst-üstə düşmür:
“Bu səbəbdən uşaqlar repetitorla hazırlaşır. Bu məsələlərə son qoymaq lazımdır. Şagirdi və müəllimi məktəbə qaytarmaq lazımdır. Əlbəttə, valideynin öz hüququdur. Uşağını repetitor yanına göndərə bilər. Amma repetitor da uşaqları tədrisdən ayırır, yavaş - yavaş məktəbin nüfuzu sarsılır. Bir zamanlar məktəb məbəd sayılırdı. İndi isə bu dəyişib. Nazir bu məsələyə vaxtında toxunub. Buna son qoymaq lazımdır. Son qoymaq üçün təhsilin keyfiyyəti artırılmalı, valideynin və ictimaiyyətin məktəbə olan inamını yüksəldilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hindistan baş nazirindən İranla bağlı çağırış...
23:21 12.03.2026
Dünya
İran İsraili tezliklə məhv etməklə hədələdi
22:43 12.03.2026
Dünya
Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi
22:26 12.03.2026
Siyasət
KİV: Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə sağdır
22:08 12.03.2026
Gündəm
Tramp İsrailə bir həftə vaxt verdi: Müharibəni dayandır!
21:44 12.03.2026
Dünya
Gürcüstan ATƏT missiyasının hesabatını rədd edib
21:31 12.03.2026
Cənubi Qafqaz
Ağdam sakini Füzulidə minaya düşərək həlak oldu
20:48 12.03.2026
Hadisə
Tramp: İran yığması dünya çempionatına qatıla bilər, amma...
20:35 12.03.2026
Futbol
“Azərbaycan sülh diplomatiyasının mərkəzindədir” - ŞƏRH
20:23 12.03.2026
Gündəm
İranın parçalanmasına qarşıyıq - Hakan Fidan
20:11 12.03.2026
Dünya
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
19:59 12.03.2026
Cənubi Qafqaz
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya