Qaz qiymətləri ilə bağlı 2022-ci il üçün PROQNOZLAR

Avropada qazın qiymətləri 2021-ci ilin aprelində artmağa başladı və o vaxtdan bəri 8 dəfə artıb. Qiymətlər 1000 kubmetr üçün 1969,2 dollara çatıb. Təbii qaz Avropanın elektrik istehsalının 22 faizini təşkil etdiyini nəzərə alaraq, qiymətlərin artması elektrik enerjinin qiymətlərini tarixdə ən yüksək səviyyəyə qaldırıb. Məsələn, elektrik enerjisinin qiymətləri Almaniyada 1 meqavat/saat üçün 302,5 avroya, İspaniyada isə 288 avroya yüksəlib.

Qazın bahalaşmasının səbəbləri

Dünya iqdisadiyyatının bərpa olunması şəraitində qaza tələbatın artması. Bildiyiniz kimi, nəqliyyat sektorunda da daxil olmaqla, COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər enerji tələbatının azalmasına səbəb oldu. 2020-ci ildə qaz istehlakı 1,9 faiz azalıb. Dünya Bankının (DB) məlumatına görə, 2020 -ci ildə koronavirus pandemiyası fonunda qlobal iqtisadiyyat 3,5 faiz aşağı düşüb. 2021-ci ildə qlobal iqtisadiyyatın tədricən bərpa olunması, məhdudiyyətlərin qaldırılması fonunda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sektorunda müsbət tendensiya müşahidə edilib. İqtisadi artım, öz növbəsində, enerji tələbatının artmasına səbəb oldu. Dünya Bankı, 2021-ci ilin sonunda bir neçə böyük ölkədə iqtisadi aktivliyin intensiv artması səbəbindən son 80 ildə rekord rəqəm olacaq 5,6 faizlik artım proqnozlaşdırır. Beynəlxalq Enerji Agentliyi (BEA) qlobal qaz tələbatının 2021-ci ilin sonunda 3,6 faiz artacağını gözləyir.