İqtisadçı: "Qazın daxili bazarda rentabelliyi əldə edilməyib"

"SOCAR öz illik hesabatlarında 2016-cı ildən başlayaraq hər il qazın maya dəyərinin daxili bazardakı satış qıymətlərindən aşağı olmasını vurğulayıb".

"Sherg.az" xəbər verir ki, bu barədə Neft Araşdırmalar Fondunun rəhbəri, iqtisadçı-ekspert İlham Şaban deyib. 

Ekspert bildirib ki, göstəricilər hər il dəyişsə də, qazın daxili bazarda rentabelliyi əldə edilməyib: 

"Çünki qiymətlər dövlət tərəfindən tənzimlənir. Qazın ən böyük istehlakçısı Azərbaycan bazarında elektroenergetila sektorudur. Ona görə də “Azərkontrakt”  qiyməti artırdığı təqdirdə elektrik enerjisinin satış qiymətinin artımı başa düşüləndir. Təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində addım atılır. Enerji təchizatı sahəsinin dövlət büdcəsindən asılılığı, subsidiyalaşdırılma azalır".

İ.Şabana görə, bu addımlar ona görə atılır ki, dövlətin neft sektorundan əldə etdiyi qazanc son illər azalma nümayiş etdirir: 

"Hasilatın da təbii yolla azalması fonunda bu gəlirlərin artımına ümid etmək əbəsdir. Buna görə də dövlət enerji sektoruna əvvəllər ayırdığı subsidiyaları yavaş yavaş azaltmağı və bir müddət sonra bazar relsləri üzərinə keçirməyi planlaşdırır".