Növəti ilin dövlət büdcəsi: Gəlirlərin 26 milyon 816 min manat olacağı gözlənilir

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 milyon 816 min manat, xərclərinin isə 28 milyon 879 min manat olacağı gözlənilir.

“Sherg.az”ın məlumatına görə, bu barədə “2022-ci il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.

Büdcə layihəsinə görə, mərkəzləşdirilmiş gəlirlər 25 milyon 874 min 497 manat, yerli gəlirlər isə 941min 503 manat, o cümlədən mərkəzləşdirilmiş xərclər 28 milyon 900 min 041,0 manat, yerli xərclər isə 978 min 959 min manat məbləğində təsdiq olunub.  

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz çox olacaq.