Azərbaycan neftinin bu günə olan qiyməti...

Azərbaycan nefti cüzi bahalaşıb. 
Oxu.Az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin dəyəri 0,39 ABŞ dolları, yaxud 0,5 % artıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 86,17 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.