Əmlak Məsələləri Dövlət Xidməti 4 ayda büdcəyə 24 milyon manat vəsait köçürüb

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 23,6 milyon manat vəsait köçürüb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 4 aylıq ödənişin 14,9 milyon manatı özəlləşdirmə, 8,7 milyon manatı isə icarə hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 27 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 10 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 265 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ötən 4 ayda 1 165 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 324-ü qeyri-yaşayış, 841-si isə torpaq sahələrinə aid olub.