Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırıb

Litva bu gündən etibarən Rusiyadan elektrik enerjisi idxalını dayandırıb.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə Litvanın Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin cümə günü qəbul etdiyi qərar mayın 22-də qüvvəyə minib. Respublikanın elektrik enerjisinə olan tələbatı bundan sonra yalnız daxili istehsal və Latviya, Polşa və İsveç üzərindən qoşulma ilə idxal hesabına təmin olunacaq.


2021-ci ildə Litva daxili istehlak üçün lazım olan elektrik enerjisinin 17 faizini Rusiyadan idxal edib.