AZAL təyyarə biletlərinin qiymətlərini dəyişmir


 Heç olmasa, tələbələrin quru sərhəddən keçməsinə şərait yaradılmalıdır

  “Sərhədlərin bağlı olması azad hərəkət etmək hüququnu məhdudlaşdırır. Türkiyədə zəlzələdə həlak olan tələbələrin valideynlərinin çıxışlarının şahidi olduq”. Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib. Parlament üzvü deyib ki, təyyarə qiymətlərinin bahalığına görə tələbələrimiz tətilə gələ bilmədilər, zəlzələdə həyatlarını itirdilər: "Azərbaycan Hava Yolları (AzAL) bilet qiymətlərini istədiyi kimi müəyyənləşdirir

Bu, çox acınacaqlı durumdur. Bu durumun aradan qaldırılmasına Ombudsman necə təsir edə bilər? Dövlət səviyyəsində bu məsələnin həllinə nail olmalıyıq. Ən azı tələbələrin quru sərhəddən keçməsi üçün şərait yaradılmalıdır. 

Tələbələrin xaricdən ölkəmizə daha məqbul qiymətlə gəlib-getməsi vacibdir. Heç olmasa, tələbələləri AZAL-ın yanlış siyasətinə qurban verməyək. Başa düşürük, AZAL göydən düşüb, onun fəaliyyətinə müdaxilə etmək olmur. Lakin heç olmasa, tələbələrin gəlib-getməsinə şərait yaradaq. 

Ötəndəfəki çıxışımızda da AZAL-ın təyyarə biletlərinin qiymətlərinin azaldılması ilə bağlı məsələ qaldırmışdıq. Amma hələ də nəticə yoxdur. Hər bir vətəndaşın ölkəyə qayıtmaq hüququ var".