Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) bir neçə tələbəsi redaksiyamıza müraciət edib.
Belə ki, ADRA tələbələri artıq 3 aydır təqaüdlərinin ödənilməməsindən şikayətlənib:
"Zəhmət çəkib təqaüdlərimizi vaxtında ödəsinlər!".
"Sherg.az"olaraq ADRA-nın mətbuat katibi Günay Əsgərova ilə əlaqə saxladıq.
G. Əsgərova təqaüdlərin qısa müddətdə ödəniləcəyini açıqladı:
"Bir neçə tələbə instaqram vasitəsilə bizə müraciət ünvanlamışdı. Həm də bizə yaxınlaşanlar da var. Maliyyələşdirmə işləri aparılırdı. Elm və Təhsil Nazirliyiylə də əlaqə saxlanılıb, məsələ aydınlaşdırılıb. Bu həftə maliyyələşdirmə gerçəkləşdikdən sonra tələbələrin 3 aylıq təqaüdləri ödəniləcək. Çünki sənədlər artıq qaydasındadır".