Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 148 milyon 277,61 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% və ya 28 milyon 770 min dollar çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana 119 milyon 507.28 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 5,59%-ni təşkil edib. Xatırladaq ki, ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 6,06%-nə bərabər olub.