“Türk Evi” inşa etmək arzusunu gerçəkləşdirib


Əziz Sancar bütün mükafatını bu işə xərcləyib


  Nobel mükafatçısı, türkiyəli alim Əziz Sancar həyat yoldaşı professor Qvin ilə birlikdə ABŞ-də “Türk Evi” inşa etmək arzusunu gerçəkləşdirib. Sosial şəbəkədə yayılan məlumata görə, alim “Vehbi Koç” mükafatından əldə etdiyi 100 min dollarlıq mükafatı bütünlüklə bu işə sərf edib. “Mükafatdan qazandığım pul olmasaydı, bu xəyalımı gerçəkləşdirə bilməyəcəkdim. Pul əlimə keçdikdə nə qədər ki, sağam, həyatdayıq, ən böyük arzumuzu gerçəkləşdirməyə başladıq. 100 min dolların üzərinə özümüz də 100 min dollar əlavə etdik və bu evi 660 min dollar aldıq” söyləyən Əziz Sancar deyib ki, “Türk Evi” 2008-ci ildə açılıb. Bu, 2 mərtəbəli evdir və burada 18 tələbənin qala biləcəyi otaqlar var. Böyük salonu, mətbəxi var. Mətbəxdə türk xanımları yeməklər hazırlayır, həm türk tələbələrə, həm də amerikalılara türk mətbəxinin yeməklərini təqdim edirlər. Salondan isə mədəni tədbirlər zamanı istifadə edirlər. Keçirilən tədbirlər amerikalıların marağına səbəb olur.