Unun qiyməti bahalaşacaq? - ŞƏRH

"Dünya bazarında taxılın qiymətində müəyyən qədər artım müşahidə olunur".

Bunu "Sherg.az"a iqtisadçı Natiq Cəfərli unun qiymətinin artacağı ilə bağlı iddialara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu il Ukraynanın bazara taxıl çıxarmağında ciddi problemlərin olacağı gözlənilir:


"Ukrayna və Rusiya arasında taxıl anlaşması iki aylıq uzadıldı. Sözügedən müqavilənin Türkiyənin təşəbbüsü ilə yenidən uzadılması barədə hələ ki ilkin razılaşmalar yoxdur. Bu da dünya bazarında taxılın bahalaşacağı ilə bağlı fikirləri formalaşdırır. Eyni zamanda Rusiya taxılının da dünya bazarına çıxmasında logistik problemlər, çətinliklər mövcuddur. Bu da qiymət artımına təsir göstərən faktordur. Azərbaycan isə cəmi 25 faiz daxili istehsal hesabına özünü un, buğda ilə təmin edir. Yerdə qalan 75 faizi xaricdən alır. Ölkəmizin indiki durumunda xaricdən aldığımız un və taxılın qiyməti artdıqca daxili bazarda da artım müşahidə olunacaq".

Qeyd edək ki, unun qiymətinin bahalaşacağı iddia olunur.