Ötən ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyədə qurulacaq qaz mərkəzi vasitəsilə Rusiya qazının təhlükəsiz şəkildə Avropaya nəqlini təklif etmiş və bu təklif prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən müsbət qarşılanmışdı. Həm Rusiya, həm də Türkiyə tərəfləri layihənin həyata keçirilməsi üçün səylərini davam etdirərkən, Rusiya Baş nazirinin müavini Aleksandr Novak son hadisələr haqqında məlumat verdi.
Sherg.az xəbər verir ki, Rusiya televiziyasına danışan Novak layihənin tezliklə həyata keçiriləcəyinə ümid etdiyini bildirib: “Hazırda yol xəritəsi ilə bağlı razılaşma var və Türkiyə nümayəndə heyəti Rusiya tərəfindəki işləri öyrənmək üçün Sankt-Peterburqa gəlməyi planlaşdırır. Əminəm ki, yaxın vaxtlarda bu layihənin praktiki həyata keçirilməsi üçün razılıq əldə olunacaq".
Novak bir müddət əvvəl layihə ilə bağlı bu il razılığın əldə oluna biləcəyini desə də, Rusiya prezidenti Vladimir Putin belə demişdi: “Türkiyədə Avropa üçün böyük bir təbii qaz mərkəzi qura bilərik. Neft bazarlarına heç bir müdaxilə və ya ehtiyatlardan istifadə enerji problemini həll edə bilməz. Rusiya Avropaya enerji daşımağa hazırdır, top onların meydançasındadır.