Son bir ayda 140 milyon manatdan çox vəsait geri çəkildi-Ekspert

  “2023-cü ilin ən uğursuz iqtisadi prosesi depozit faizlərindən gələn gəlirlərin vergiyə cəlb edilməsi oldu”.
 Bu sözləri “Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
 
Ekspertin sözlərinə görə, hazırda geriyə müəyyən addımlar atılsa da, hələ ki depozitlərin geri çəkilməsi davam edir:
 “Son bir ayda 140 milyon manatdan çox vəsait geri çəkildi.  2024-cü ildən qismən güzəştlər tətbiq edilməsi nəzərə alınsa da, 2016-cı ildə edilmiş güzəştlər tamlıqla bərpa edilməyincə nəticə ürəkaçan olmayacaq. Hazırda əhali əmanətləri uğrunda kommersiya bankarı ilə daşınmaz əmlak bazarı arasında qeyri-adi mübarizə gedir. Daşınmaz əmlak bazarının tənzimlənməyən azad iqtisadi formatı,  bankların tənzimlənən formatına qalib gəlməkdə davam edir. İnsanlar bankları yox, daşınmaz əmlakı seçir. Bunu hər iki istiqamətdə olan statistika təsdiq edir. Diqqətdən qaçırmaq olmaz ki, bu mənzərə tikinti nəhəngləri üçün əlverişli mühit yaradır və onları məmnun edir”.