Deputat real danışdı:“Manatın məzənnəsində dəyişiklik...”
Deputat real danışdı:“Manatın məzənnəsində dəyişiklik...”
Yusif Nəzərli
12:59 05.10.2022
İqtisadiyyat
635
"Qiymət artımı ölkələrin hamısında müşahidə olunur".
Bu sözləri "Sherg.az"a millət vəkili, iqtisadçı Rüfət Quliyev dünyada və Azərbaycanda müşahidə olunan bahalaşmaya münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, hətta ən inkişaf etmiş dövlətlərdə belə qiymətlər qalxıb:
"Bunların da kökü ilk olaraq, pandemiya dövrünə gedib çıxır. Həmin vaxtlarda aparıcı ölkələr əhalinin problemlərinin həlli üçün külli-miqdarda vəsait payladılar. Ölkələr iqtisadiyyatını düzgün qura bilmədiyinə görə inflyasiyanın səviyyəsi sürətlə qalxdı. Ukraynada gedən müharibədən əvvəl artıq aparıcı bazar iqtisadiyyatı olan dövlətlərdə 7-8 faiz inflyasiya müşahidə edilirdi. İstər Amerika, istərsə də Avropa İttifaqı üçün 1.5 faizdən yuxarı olan inflyasiya artıq problem yaradır.
2.5-4 faizi keçdikdə isə artıq sosial narahatlığa səbəb olur. Hazırda dünyada 12 faizdən yuxarı inflyasiya müşahidə olunur. Azərbaycanda pulun dəyərdən düşməsi problemlərinin kökü idxal olunan mallardadır. Təbii ki, bunların hamısı da qiymətlərə təsir göstərir”.
Millət vəkili diqqətə çatdırıb ki, pandemiya vaxtı dünya nəqliyyat sistemi əməlli-başlı çökdü:
“70-75 faiz nəqliyyat və logistika sistemi böhrana düşdü. Təbii ki, pandemiyadan sonra artıq nəqliyyat xərcləri artmağa başladı. Postpandemiyadan sonra, ələlxüsus da müharibənin nəticəsində nəqliyyat xərclərinin 70 faizə qədər artdığına şahidlik edirik.
Ona görə ki, bazarda qalan işlək nəhəng nəqliyyat şirkətləri azdır. Orta və xırda nəqliyyat şirkətləri isə COVİD-19-un tüğyan etdiyi zamanda müflis oldu. İqtisadiyyatları süni "komaya" salındı.
Təbii ki, bu gün də həmin dövrün nəticələrini görürük. Hazırkı şəraitdə dünyada qiymətlərin kifayət qədərdən də artıq bahalaşmasını müşahidə edirik”.
Azərbaycandakı qiymət artımına gəlincə millət vəkili vurğulayıb ki, hökumət antiinflyasiya ilə əlaqədar bir çox tədbirlər həyata keçirir:
“Amma bizim üçün ən vacib məsələ daxili istehsalı sürətlə artırmaqdır. Pandemiyadan sonrakı vəziyyətə, iqtisadi sahəyə dəyən zərbələrə baxmayaraq, bir çox makroiqtisadi göstəricilərimizi stabil saxladıq. Valyuta məzənnəsində dəyişiklik olsa, bu, kifayət qədər inflyasiyaya təsir edəcək. İqtisadiyyatın özünə də çox böyük zərbə vuracaq. Yerli istehsal, kənd təsərrüfatının sürətlə inkişafı, müəssisələri keyfiyyət və kəmiyyət baxımından artmalıdır.
Bunun üçün də kifayət qədər səylər var. Əfsuslar olsun ki, belə məsələləri müəyyən qədər sürətlə həll edə bilmirik. Bu da istehlak bazarına öz təsirini göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm