«Rəngli duyğular»dan rəngarəng qələbələr: Rəssamlarımız​ birinci oldular - Fotolar !

İtaliyanın Mədəniyyət Asosasiyasının keçirdiyi «Beynəlxalq mədəniyyət festivalına» Beynəlxalq Yaradıcılıq Fondunun üzvü, Beynəlxalq Qadın Rəssamlar Asossasiyasının üzvü, ​Rəssam Nərminə Vəliyevanın bədii rəhbəri olduğu «Rəngli duyğular»​ rəsm studiyası da qatılıb.​

"Sherg.az" xəbər verirr ki, 50-dən çox ölkənin iştirak etdiyi​ festivalda ölkəmizi təmsil edən​ gənc rəssamlarımız​ yüksək peşəkarlığı ilə seçilərək​ bütün yaş kateqoriyaları üzrə 1-cilik qazanıblar. ​ Rəssam Nərminə Vəliyeva​ təşkilat komitəsi tərəfindən​ «Uşaq və gənclərin mədəni,​ mənəvi və​ profesional inkişafında göstərdiyi peşəkarlığa görə» təşəkkürnamə məktubu və sertifikatla təltif olunub.

​ ​ ​ Bununla yanaşı, «Rəngli duyğular» rəsm studiyasının tələbələri İspaniyanın «Salvador Dali» Beynəxalq rəsm festivalında da böyük naliyyətlə əldə ediblər.  60-dan artıq ölkənin iştirak etdiyi festivalda Nərminə xanımın tələbələri ən yüksək ballar qazanaraq  ilk 3-lükdə yer alıblar.
​ ​ ​ ​
Rəsm studiyasının son uğurlarından biri də «UNESCO»nun tərəfdaşı olduğu Paris «Sen Jermen —​ An Le»​ Beynəlxalq Yaradıcılıq İttifaqının keçirdiyi​ «Dünya arzularında» beynəlxalq müsabiqə festivalında iştirakıdır. 40-dan artıq ölkənin qatıldığı festivalda​ ​ Nərminə Vəliyevanın tələbələri​ 4-17 yaş kateqoriyasında​ yüksək səviyyəli əsərlərinə görə sertifikatlarla təltif olunublar.​
​ ​ ​ ​ «Rəngarəng duyğular»​ rəsm studiyası 2020-ci ili major notlarla başa vurur.​ Triumfal gənclər ABŞ-da keçirilən Beynəlxalq Uşaq yaradıcılıq festivalının​ ​ «Sağlam həyat» devizi altında keçirilən geniş miqyaslı sərgisində​ çox böyük uğurla iştirak ediblər.​

Habelə «Welcome Washington»​ dərgisində Nərminə Vəliyevanın «Covid —​ 19» məqaləsi həmçinin tələbələrinin rəsm əsərləri ilə birgə çap edilib. Eyni zamanda Nərminə xanımın eyni adlı məqaləsi Amerika Səhiyyə Universitetində məruzə edilib və "web" səhifələrində yerləşdirilib.

​ ​ ​ Yuxarıda sadalanan bütün uğurları rəssam Nərminə Vəliyeva ​ Vətən müharibəsinə həsr edir!