Əməkdar rəssam 85 yaşında dünyasını dəyişib - Foto

Əməkdar rəssam Qüdrət Məmmədov vəfat edib.

Axşam.az-ın məlumatına görə, bu barədə aktrisa Zemfira Əbdülsəmədova feysbuk səhifəsində məlumat verib.

Sənətkar 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Q.Məmmədov uzun illər Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!