“Qeyrət,qürur cinsiyyətdə deyil,qanımızdadır”

“İllərdir havasına,suyuna həsrət qaldığımız Qarabağ ürəyimizdə elə bir dastana çevrildi ki, sevgimiz,qürurumuz,qeyrətimiz, gücümüz və sözümüz bir oldu. 27 sentyabr  dəmir yumruq kimi birləşdiyimiz gündür “!
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram hesabında aparıcı Vüsalə Əlizadə yazıb. O, Son Qarabağ savaşının ildönümü haqda bunları söyləyib:
“Azərbaycanın yenidən dirçəliş, oyanış, çəkdiyi acılara hayqırtısı günüdür. Qələbə qazandıq, amma itirmədən qazanmaq olmur. Bütün Azərbaycan yaralılarla yaralandı, şəhidlərlə şəhid oldu, qalibiyyətini dünyaya car çəkdi. Bunlar sənin sayəndə oldu, Azərbaycan əsgəri ! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bir il ərzində mən də bu Vətənin övladı kimi bacardığım qədər şəhid analarının, xanımlarının, balalarının yanında oldum. Bir ömürlük borcumuzun zərrəsini verməyə çalışdım. Vətən oğlu, igid qardaşımı itirdiyim bu acı günlərimdə yanımda olan, dəstək verən o analar, bacılar bir daha sübut etdilər ki, qeyrət,qürur cinsiyyətdə deyil,bizim qanımızdadır! Dərd ortağınızam dərdinizə qurban olum, təsəllim sizsiniz. Dastana çevrilən şəhidlərimizin  qarşısında baş əyirəm”.

Qeyd edək ki, aparıcının hərbçi qardaşı Əlihüseyn Əlizadə ötən ay avtomobil qəzasında dünyasını dəyişib.

Samirə