Ramiz Abutalıbovun nəşi Bakıya gətirildi

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbovun nəşi Bakıya gətirilib.
Sherg.az-ın məlumatına görə, bu barədə APA-ya rejissor Tahir Tahiroviç məlumat verib.

O bildirib ki, görkəmli diplomatla vida mərasimi sabah saat 12:00-da Təzə Pir məscidində baş tutacaq.

R.Abutalıbov II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R.Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.