Kübra Əliyeva əri ona xəyanət etdiyi üçün boşanıb

Əməkdar artist Kübra Əliyeva həyat yoldaşının xəyanətindən danışıb.

Sherg.az xəbər verir ki, "Elgizlə izlə" verilişinə qonaq olan aktrisa ikinci dəfə boşanmasının səbəbinin də bu olduğunu açıqlayıb:

"Oğlum Ayazın atası ilə hələ də görüşürük. Sağdır, 82 yaşı var. O vaxt dövlət işində çalışırdı. Mənə xəyanət etdi və boşandıq. Xəyanəti bağışlamadım. Yanıma gəlib hər şeyi danışdı. 14 yaşımda hekayə yazmışdım, eynisini həyatda yaşadım. Heç vaxt onun pulunu sevmədim, bu günə qədər kimsə deyə bilməz ki, Kübra xanım pula görə dostluq edib... Sumqayıtdakı evimi dəyişdi, öz əziyyətimlə düzəltdim, onun 1 qəpiyində də gözüm yox idi. Məndən sonra evləndi. Amma həmin xanımla yox. Mən o qadına çox yardım etdim. Həyatda ilk və son sevgim ikinci həyat yoldaşım olub. Məndən 10 yaş böyükdür. O vaxt əmisi oğlanları ilə Gəncəyə atamın yanına gəlib, məni istədi. İnanın mən öz gücümlə dolanırdım, ondan heç nə istəmirdim".