Azərbaycan Fransada beynəlxalq festivalda təmsil olunacaq

Azərbaycan Fransada beynəlxalq festivalda təmsil olunacaq.
“Report” xəbər verir ki, “Dünya ətrafında” adlanan festival 24-27 yanvar tarixlərində Fransanın Lil şəhərində baş tutacaq.
Festivalda Azərbaycanı tanınmış caz ustası Etibar Əsədli təmsil edəcək.
Tədbir zamanı filmlər də nümayiş olunacaq, görüş və debatlar təşkil olunacaq.