"Yaqub müəllim, var olun!"

Tarixçi Nazim Xəlilov akademik Yaqub Mahmudovu doğum günü münasibətilə təbrik edib.

Sherg.az həmin təbriki təqdim edir:

"10 fevral dəyərli ziyalımız Yaqub Mahmudovun doğum günüdür. Ona tək arzum var: Cansağlığı. Çünki can sağ olanda xoşbəxtlik də olur, uğur da.

O, böyük uğurlar əldə edib: "Şöhrət", "Şərəf", 1-ci dərəcəli "Əmək" ordenlərinə layiq görülüb, 7 beynəlxalq akademiyanın həqiqi üzvüdür və s. Məncə, onun ən mühüm uğurları bunlardır:

- Ulu öndər Heydər Əliyev onu Azərbaycanın "böyük alimi", "böyük tarixçisi" adlandırıb.
- Bu il Türkiyədə Yaqub müəllim adına xüsusi mükafat - "Şöhlət Əfşar və Yaqub Mahmudov" ödülü təsis edilib.

Yaqub müəllim, var olun!"