"Verilən qonorar heç əziyyətə dəymir"  - Sənubər İsgəndərova

Əməkdar artist Sənubər İsgəndərova "O, yoxsa bu?" yutub layihəsinin qonağı olub. 

Aktrisa sualları cavablandırıb, sənət adamlarına verilən qonorarlardan şikayətlənib:

"Qane etmir, əziyyətinə dəymir. Əziyyəti böyükdür. Çəkiliş bəzən 12, 17 saat olur. Bizdə hələ seriallar o dərəcədə inkişaf etməyib ki, yaxşı pullar ödənilsin. Ümid edirik...".

Aktrisa "Zəngiz qız, kasıb oğlan, yoxsa zəngin oğlan, kasıb qız" sualına "Hər ikisi psixoloji travmalara gətirəcək. Yəqin ki, zəngin oğlan kasıb qız. Qız zəngin olsa, oğlanın inanmıram qüruru qala" cavabını verib.