Sənət yoldaşlarının Aftandil İsrafilovla bağlı xatirələri... - VİDEO

Baku TV-nin əməkdaşı bu gün vəfat edən tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovun yaşadığı ünvanda olub.
Onu sevən sənət yoldaşları, yaxınları A. İsrafilovun ailə üzvlərinə başsağlığı vermək üçün bura toplaşıblar.
48 ildir A. İsrafilovun orkestrində çalışdığını deyən müğənni Elşad Qarayev Xalq artistininin vəfatını Azərbaycan üçün böyük itki adlandırıb: “Dünyanın hər yerində onu tanıyırdılar”.
Musiqiçi Xidmət Aslanov hesab edir ki, A. İsmayılov bu dünyadan köçməklə Azərbaycan musiqisini yetim qoydu: “Amma əsərləri hər zaman qəlbimizdə yaşayacaq”.
Musiqiçi Cəmaləddin Dadaşovun sözlərinə görə, A. İsrafiolov Azərbaycan mədəniyyətində, qarmon ifasında böyük iz qoydu: “Sənətkarlar ölmürlər, hər zaman yaşayırlar”.
Daha ətraflı Baku TV-nin süjetində: