Azərbaycanın Avroviziya təmsilçiləri səhnə məşqlərinə başlayıblar - FOTO

Azərbaycanı Avroviziyada təmsil edən TuralTuranX qardaşları səhnə məşqlərinə başlayıblar.
Bu barədə İTV məlumat yayıb.
Bildirilib ki, təmsilçilər Tural və Turan əkiz qardaşları (TuralTuranX) artıq müsabiqənin keçirildiyi Liverpul şəhərindədirlər. Əkizlər mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərinə başlayıblar.
Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.
Qeyd edək ki, Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.