İki il ərzində musiqi məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının ölçülməsi yekunlaşacaq

İki il ərzində musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan bütün müəllimlərin bilik və bacarıqlarının ölçülməsi yekunlaşacaq.

APA xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı brifinqdə deyib.

O bildirib ki, fevral ayında Bakı şəhərində prosesə start veriləcək:

"Müəllimlərimizin bilik və bacarıqlarının ölçülməsinə çox ciddi ehtiyac var. 2025-2026-cı illərdə müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi yekunlaşacaq. Növbəti il üzrə isə Mədəniyyət Nazirliyinə aid sahələrdə müəyyən yoxlama prosesi olacaq".