Polad Bülbüloğlu Rusiyanın mədəniyyət naziri ilə görüşdü: Nələr müzakirə edildi?
Yusif Nəzərli
15:36 05.09.2022
Mədəniyyət
1127
Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb.
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan səfiri Rusiya mədəniyyət nazirinə qəbula görə təşəkkür edərək Rusiya ilə Azərbaycan arasında münasibətlərdən, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıqdan danışıb.
Həmçinin Polad Bülbüloğlu Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri qismində fəaliyyəti, fondun xətti ilə keçirilmiş tədbirlər haqqında nazirə ətraflı məlumat verib.
Görüş əsnasında Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq Proqramı, beynəlxalq təşkilatlar çərçivəsində mədəni əməkdaşlığın genişləndirilməsi, beynəlxalq tədbirlər haqqında məlumat mübadiləsi və qarşılıqlı iştirak imkanları, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin qurulması və birgə fəaliyyəti, habelə müştərək kino layihəsinin yaradılması, Azərbaycan və Rusiya tərəfindən təşkil edilən kinofestivallarda iki ölkənin filmlərinin iştirakı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bundan əlavə, cari ilin noyabr ayında Sankt-Peterburq şəhərində keçiriləcək.
Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın təmsil olunması, sözügedən forum çərçivəsində Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi imkanları da müzakirə mövzusu olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya