“Müharibə insanın həyata baxışını dəyişir” - FOTO

Vətən uğrunda savaşan və üç medalla təltif olunan zabit işsizdir

44 gün davam edən Vətən müharibəsi tarixi Qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan Ordumuzun, qəhrəman əsgər və zabitlərimizin mübarizə əzmini, əsl döyüş ruhunu bütün dünya gördü. 

Savaşın qəhrəmanlarından biri də  ehtiyatda olan baş leytenant  Elvin Rzayevdir. Elvin bir neçə il əvvəl ordudan ehtiyata buraxılıb, Vətən müharibəsi başlayan kimi döyüşə səfərbər olunub, cəbhəyə leytenant kimi yollanan müsahibimiz hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ona baş leytenant  hərbi rütbəsi verilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

- Elvin bəy, zabit kimi Vətən müharibəsinə çağırıldığın gün yəqin ki, yadında qalıb...

- Əlbəttə. Oktyabrın 22-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayonumuz üzrə idarəsindən çağırdılar. İdarəyə gedəndə bildirdilər ki, artıq ehtiyatda olan zabitlərə ehtiyac var. Bizi avtobuslarla N saylı hərbi hissəyə təlimə apardılar, bir neçə gün sonra isə artıq  döyüşlərə qatılmaq üçün müəyyən ərazilərə təyin etdilər

- Uşaqlıqdan maraqla  müharibə filmlərini, döyüş səhnələrini izləmişik. Həyat elə gətirdi ki, yaşıdlarımız savaşda ən çox sevdiyimiz film qəhrəmanları oldular. Əsl döyüşü  filmlərdə deyil, sizin gözünüzlə görmək istərdik. Necə xarakterizə edərdiniz?

- Düz deyirsiz, filmlərdə döyüş səhnələri maraqlı gəlir, amma realda savaş filmdən tamam fəqlənir. Müharibənin öz qaydası var - ya ölürsən, ya da sağ qalırsan. Savaş çox dəhşətli və amansızdır. Hər an insan öldürə bilərsən və yaxud bir dəqiqə əvvəl çiyin-çiyinə dayandığın insanı itirə bilərsən. Səninlə bir səngər bölüşən dostun şəhid olur, bəzən heç tikəsi də ələ gəlmir... 

Bir hadisəni heç zaman unutmayacam, döyüşə qatılan ilk gün yol gedərkən hərbi avtomobilimizi  ermənilər raket atəşinə tutdu. Mərminin biri isə düz gəlib düşdü bizim avtomobilin yanına, yəni filmdə gördüyüm epizodu həyatda yaşadım və bir daha əmin oldum ki, real müharibədə ölüm gözlə qaş arasındadır. Döyüşdə  həm özünü, həm də zabit kimi sənə təhkim olunmuş şəxsi heyəti qorumalısan. Həm də ətrafını, ələlxüsus sən əgər zabitsənsə, ətrafını, sənin tabeliyində olan bütün şəxsi heyəti qorumalısan. Nahaq yerə demirlər ki, bir zabit bir bölük deməkdir. 

- Bəzən deyirlər ki, hərbi xidmət, müharibə insanı bərkidir, yetişdirir...

- Mən bərkitmək, yetişdirmək deməzdim, müharibə insanın həyata baxışını dəyişir. Döyüşə qatılan insan həyatın qədrini bilir. Hər şeyin qədrini, hətta aldığın hər nəfəsin, bir damcı içdiyin suyun belə qədrini bilirsən. 

- Sosial şəbəkələrdə müzakirə olunan 44 günlük müharibə aysberqin görünən tərəfidir yəni... 

- Təbii. Elə məsələlər var ki, onu bu gün tam açıqlamağım düzgün olmazdı, amma onu deyim ki, görünməyən tərəflər görünən tərəfdən daha dəhşətlidi. İkinci məsələ isə çöldə bizim bəzən avara kimi gördüyümüz insanlar döyüşdə həqiqətən böyük sücaət göstərdi. Bəzən baxırdın ki, gənc bir əsgər düşmənə elə zərbə vurur ki, onu bəlkə illərin döyüşçüsü vura bilməz. 

- Müharibədən əvvəl bəzən gənclərimizi qınayır, onların guya Vətən, Qarabağ barədə düşünmədiklərini deyirdilər. Lakin məhz bu gənc nəsil Vətəni erməni işğalından azad etdi...

- Bizim bir məqsədimiz var idi - torpaqlarımızı vəhşi ermənidən xilas etmək! Ya şəhid, ya qazi olsaq da bu işi yerinə yetirmək. Əsgər və zabitlərimiz savaşa elə qatılmışdı ki, düşünürdük ki, lap Yerevana qədər irəliləyəcəyik. Amma bu hərbi işdir, əmrə tabe olmalısan. Mənə silah və daraq sayına  güllə verəndə bir güllə isə əlavə aldım ki, əgər əsir düşsəm son gülləmlə özümü öldürüm ki, erməniyə əsir düşməyim. Şəhidlik isə ən ali bir məqamdır, kiminə qismət olur, kiminə isə yox. Hamımızın içində şəhidlik istəyi var idi. Bizim isə bəxtimizə yaşamaq düşdü. Allah şəhid olan qardaşlarımıza rəhmət eləsin.

- Bizdən əvvəlki nəsil torpaqlarımızın necə işğal edildiyini, bizim nəsil isə necə işğaldan azad etdiklərini danışacaqlar. Bəs sizin bu 44 günlük tarixi qələbə haqqında danışacaqlarınız nələr olacaq?

- Danışılacaq çox şeylər var. Ürəkdən və qürurla deyə biləcəm ki, qorxmadan gedib iştirak etdim. Döyüşüb qələbəni qazandıq. Və ən əsası Qarabağ  problemini bizdən sonra  gələcək nəsillərə saxlamadıq. 

- Döyüşlərin həyatınızdakı rolu nədən ibarət oldu?

- Savaşdan qalib zabit kimi döndüm və  bir daha əmin oldum ki, torpağımı çox sevirəm. Hətta düşündüyümdən də çox sevirəm.

- İllərlə həsrətində olduğumuz o torpaqlara ilk ayaq basanda hansı hisslər keçirdin? 

- Çox qəribə, qarma-qarışıq hisslərdi və düzünü deyim ki, nə vaxtsa döyüşlərdə iştirak edib görmədiyim, amma adını eşidib həsrətdə olduğum torpaqları işğaldan azad edəcəyimi fikirləşməmişdim. İnanın, ətrafa baxanda düşmənə daha da nifərtin artırdı,  evləri, məzarları məhv ediblər. Həm sevinirdim, həm də ətrafa baxanda üzülürdüm.

- Azərbaycan Ordusu işğalçı erməniləri ərazilərimizdən qovanda, eləcə də müharibə bitdikdən sonra bəzi xarici media orqanları, guya, əcnəbi muzdlu döyüşçülərin bizə köməyə gəldiyi barədə yalan məlumat yayırdılar. Hətta cənab Prezidentlə müsahibələrdə də xarici jurnalistlər bu yalanı dilə gətirməkdən çəkinmirdilər. Ön cəbhədə döyüşən bir zabit kimi bu məsələ barədə nə düşünürsən? 

- Belə yalanları eşidəndə adam həm gülür, həm də ağ yalanı dilə gətirənlərə əsəbiləşir. Bir zabit kimi deyə bilərəm ki, Azərbaycan Ordusu yetərincə güclüdür, heç bir muzdlu döyüşçüyə ehtiyacı yoxdur. Əskini düşünənlər qoy bircə fakt ortaya qoysunlar.  Ölkə başçısının dediyi kimi, bütün dünya bizim gücümücü gördü, biz hamımız “Dəmir yumruq” olub terrorçu erməni ordusunu məhv edik. Bu Qələbəni biz qazandıq, kənar ölkənin döyüşçüsü yox.  Bir söz deyim“Müharibə insanın həyata baxışını dəyişir”

- Belə yalanları eşidəndə adam həm gülür, həm də ağ yalanı dilə gətirənlərə əsəbiləşir. Bir zabit kimi deyə bilərəm ki, Azərbaycan Ordusu yetərincə güclüdür, heç bir muzdlu döyüşçüyə ehtiyacı yoxdur. Əskini düşünənlər qoy bircə fakt ortaya qoysunlar.  Ölkə başçısının dediyi kimi, bütün dünya bizim gücümücü gördü, biz hamımız “Dəmir yumruq” olub terrorçu erməni ordusunu məhv edik. Bu Qələbəni biz qazandıq, kənar ölkənin döyüşçüsü yox.  Bir söz deyim də, sizcə, bu torpaqda yaşayıb böyüyən yaxşı döyüşər, yoxsa  kənardan gələnlər? Təbii ki, bu torpaqda yaşayanlar gəlib döyüşər və qalib olar.
Ona görə də məntiqi olmayan ermənilərin bu cür sözlərini ciddiyə almaq lazım deyil. 

- Dövlət başçısı  tərəfindən 3 medalla da təltif olundun...

- Bəli, cənab Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşam. Biz medal və təltif üçün döyüşmədik. Biz Qarabağda bu günə kimi həlak olan böyükdən kiçiyə hər bir azərbaycanlının qısasını almaq üçün döyüşdük. Və döyüşdən sonra bu diqqəti bizə göstərdikləri üçün Ali Baş Komandanımıza təşəkkür edirəm. Təsəvvür edirsiz, dünən marketdə çalışan birinin adı bu gün ölkə başçısının sərəncamında çıxır.

- Müharibədən sonrakı həyatda vəziyyətin necədir, həyat necə davam edir?

- Həyat çətin davam edir, çünki işsizəm. Müəyyən yerlərə,  icra hakimiyyətinə, bir neçə rəsmi orqanlara müraciət etsəm də, işlə təmin oluna bilmirəm. Amma ümid edirəm ki, Vətən savaşında döyüşən və 3 medal alan bir zabit diqqətdən kənarda qalmayacaq. 

Turan Etibaroğlu