"Ermənistan rəhbərliyinin apardığı siyasət hazırda münaqişənin həllinə heç bir müsbət təsir etmir".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert vurğulayıb ki, danışıqlar təşkil olunsa da, saatlarla müzakirə aparılsa da, ortada arzuolunan nəticə yoxdur:
"Çünki erməni nümayəndələri görüş bitdikdən sonra öz amplualarında qalır. Qeyd edim ki, Paşinyan da Qarabağ konfliktinin girovuna çevrilib. Onun bütün siyasi addımları münaqişənin sülh yolu ilə həll edilməsinin zəruriliyindən kənardır. Qorxur ki, devrilə bilər".
Siyasi şərhçi hesab edir ki, bundan sonra aparılan danışıqlarda vasitəçilik missiyasını üzərinə götürən həmsədr dövlətlərlə ikili diplomatik danışıqlar yeni müstəvidə aparılmalıdır:
"Münaqişənin hazırkı danışıqlar formatı nəticəyə deyil, manipulyasiya xidmət edir. Ona görə də Ermənistan danışıqlarda manevr edir və real təşəbbüslərdən yayınır".