“XİN başçılarının hələ bu il yanvarın 15-də keçirilən Paris görüşündə “xalqların sülhə hazırlanması” ilə bağlı razılığa gəlinmişdi. Çətin proses olmağına baxmayaraq, Azərbaycan tərəfi bu məsələ ilə bağlı addımlar atmağa, sülh şəraitində münaqişənin həlli istiqamətində bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirdi. Amma Ermənist6an tərəfi bunda maraqlı olmadığını yeritdiyi siyasətlə göstərir”.
Bu sözləri Sherg.Az-a millət vəkili Sona Əliyeva Qarabağ danışıqlarına münasibət bildirərkən deyib. Xanım deputat bildirib ki, Azərbaycan tərəfinin səylərinə baxmayaraq hələ də, Erməmistan tərəfi konstruktiv danışıqlara getməyə və münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil:
“Halbuki, Düşənbədə əldə olunan razılığa əsasən tərəflər təmas xəttində sabitliyi təmin etməli idilər. Əksinə, Vaşinqton görüşündən əvvəl qoşunların təmas xəttində ermənilərin təxribatı nəticəsində Azərbaycan zabiti şəhid oldu. Daha sonra iyunun 9 da daha bir şəhid verdik. Üstəlik Erməni tərəfi sakitləşməyib bu cinayəti törədənə medal verdi. Bununla yanaşı Ermənistan ordusu işğal olunmuş ərazilərimizdə genişmiqyaslı hərbi təlimlər keçirməyə başladı. Həmçinin Füzuli istiqamətində təlim uçuşları keçirən Azərbaycanın aviasiya vasitələrinə uğursuz hücum olundu. Vaşinqton görüşündən bir gün əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyanın “müharibə hələ bitməyib” açıqlaması oldu. Bütün bumnlar onu deməyə əsas verir ki, Paşinyan beynəlxalq təşkilatlar qarşısında təmamilə başqa performans göstərir, eyni zamanda hərbi təxribat yolu ilə vəziyyəti gərginləşdirmək və danışıqlar prosesini pozmaq, başqa istiqamətlərə yönləndirmək siyasəti yürüdür.
Artıq uzun illərdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən Ermənistan, BMT-nin qətnamələrini, digər beynəlxalq təşkilatların verdiyi bəyanatları görməzdən gəlir və sülh çağırışlarını qulaqardına vurur. Üstəlik, münaqişənin nizamlanması ilə əlaqədar son görüşlərdə Ermənistanın qeyri müəyyən davranışları, danışıqların mahiyyətinə əks manevrlər etməsi riyakarlıqdan başqa bir şey deyil. Hər bir halda rəsmi İrəvan anlamalıdır ki, mövcud status-kvonu saxlamaq və vaxt qazanmaq onun xeyrinə deyil. Çünki zaman Ermənistanın xeyrinə işləmir. Azərbaycan hər keçən gün siyasi və iqtisadi nüfuzunu artırır. Üstəlik, Ermənistanda daxili siyasətdə olan qeyri-stabillik və gərginlik davam edir, təcrübəsiz və hesablanılmamış qərarlar seperatçı rejimlə mövcud iqtidarın arasındakı münasibətləri daha da gərginləşdirir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan tərəfi öz mövqeyində israrlıdır: “Münaqişə yalnız ərazi bütövlüyümüzün təmin olunması şərtilə həll olunmalıdır. Dövlətimiz öz torpaqlarını sülh, ya da hərbi yolla azad edəcək”.
Rəsmi İrəvanın tək çıxış yolu: Ermənistan işğalçılıq siyasətindən çəkilməlidir
17:34 02.07.2019
Qarabağ
1237
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər regionu böyük potensiala malikdir - Britaniya
23:29 04.12.2024
Gündəm
Məşhur müğənninin düşmənçilik etdiyi anası öldü
23:11 04.12.2024
Şou
Tanınmış həkim vəfat etdi
22:48 04.12.2024
Hadisə
Apple əməkdaşı şirkəti məhkəməyə verib
Apple əməkdaşı şirkəti məhkəməyə verib
22:39 04.12.2024
Texnologiya
Narı necə yeməli: Tumlu, yoxsa tumsuz?
22:29 04.12.2024
Sağlamlıq
Qərb bunu etməyə çalışdı, ancaq uğursuz oldu - Putin
22:18 04.12.2024
Siyasət
Poroşenkonun oğlu axtarışa verildi
22:11 04.12.2024
Dünya
Qurban Qurbanov "Elfsborq"la oyun barədə danışdı
21:53 04.12.2024
İdman
Analizlərin cavabını elektron hökumətdən öyrənmək mümkündür
21:45 04.12.2024
Texnologiya
Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:36 04.12.2024
Cəmiyyət
Şahzadə Birqitta vəfat etdi
21:30 04.12.2024
Dünya
Çeçenistanın paytaxtı PUA atəşinə məruz qalıb
21:24 04.12.2024
Dünya
Gürcüstan və Ermənistanın XİN başçıları görüşdü
21:18 04.12.2024
Siyasət
Tbilisidə etirazçılar Rustaveli prospektində toplaşır
21:11 04.12.2024
Gündəm
Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb
20:57 04.12.2024
Hadisə
Qaynar şorba və çay içmək olmaz – Onkoloq
20:51 04.12.2024
Sağlamlıq
Qazaxıstanda diaspor fəalı Elmir Şahsuvarov təltif olunub
20:42 04.12.2024
Cəmiyyət
“Avroviziya-2025”də iştirakdan imtina etdilər
20:37 04.12.2024
Şou
NATO indi də bu ölkəyə ayaq açdı
20:28 04.12.2024
Dünya
Narkotiklərə qarşı mübarizə: Gənclərimizi necə qoruya bilərik?
20:25 04.12.2024
Sosial
Kobaxidze: Gürcüstanda “Maydan” olmayacaq
20:20 04.12.2024
Gündəm
Bakıda Xorvatiyanın tanıtımına həsr olunan görüş keçirilib
20:13 04.12.2024
Mədəniyyət
Bu şəxslər 200 manat cərimələnəcək
20:03 04.12.2024
Sosial
Ötən ay Bakıda havanın temperaturu normadan yuxarı olub
19:56 04.12.2024
Sosial
ABŞ-nin ən böyük sığorta şirkətinin baş direktoru güllələnib
19:50 04.12.2024
Dünya