Siyasi şərhçinin sözlərinə görə, Moskva istənilən müharibədə erməni ordusunun böyük zərbə alacağını yaxşı bilir: “Hərbi əməliyyatlarda Silahlı Qüvvələrimizin əzici üstünlüyü birbaşa Paşinyan hökumətinə zərbə vuracaq. Çünki inqilabla hakimiyyətə gələn baş nazir iqtisadi məsələlərlə yanaşı, siyasi və hərbi yöndə də vədlər verib. Xatırladım ki, Paşinyan əvvəlki dönəmdə məqsədli şəkildə Rusiya yönümlü davranışlar sərgiləyirdi. Bir növ Moskvanın könlünü almağa çalışırdı. Ancaq Kremldən istədiyi qarşılığı ala bilmədiyinə görə tədricən onu inqilab yolu ilə hakimiyyətə gətirən Qərbə doğru meyillənməyə başladı. İndiki məqamda yalnız Qərbin və ABŞ-ın xüsusi marağı çərçivəsində Paşinyan cəbhədə gərginlik yaratmaq niyyətinə düşər. Erməni baş nazirin təkbaşına müharibə qərarı alması böyük riskdir. Müharibə sadəcə qondarma rejimin deyil, eyni zamanda Paşinyan hökumətinin də sonunu gətirə bilər. Nəzərə alaq ki, erməni ordusunun içində baş nazirə dəstək verənlərlə yanaşı, “Qarabağ klanı”nın yanında olanlar da var. Parçalanmış zəif düşmən ordusunu güclü Azərbaycan Ordusunun qarşısına çıxartmaq heç də ağıllı hərəkət olmaz”.
Qarabağ münaqişəsi acı bağırsaq kimi uzadıla bilməz: Rəsmi Bakı nəticəsi olmayan danışıqlarda maraqlı deyil