“Görüşün təfərrüatlarının nədən ibarət olacağı bilinmir. Əgər Ermənistan baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyirsə, görüşdə aparılacaq müzakirələr istər-istəməz sual altına düşür”. Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, Paşinyanın bəyanatından sonra Azərbaycan XİN həmsədr ölkələrə və beynəlxalq qurumların baş katiblərinə müraciət edərək baş nazirin bu cür çıxışlarının yolverilməz olduğu bildirib:
“Müraciətin nəticəsi ilə bağlı ictimaiyyətə hələlik açıqlama verilməyib. Reallıq odur ki, Ermənistan təcavüzkar ölkədir və uzun müddətdir ki, torpaqlarımızı işğalda saxlayır. Belə məqamda Qarabağın hansısa idarəçiliyindən, oradakı ermənilərin müstəqillliyindən söhbət gedə bilməz. Əslində Paşinyanın bir müddət öncə gündəmə gətirdiyi “miatsum” məsələsi Azərbaycanın lehinə işləyirdi. Çünki dünya ictimaiyyəti Ermənistanın işğalçı olduğuna əyani şəkildə şahid olmaq imkanı əldə edirdi. Bu isə Azərbaycana imkan verəcəkdi ki, öz torpaqlarının azadlığı uğrunda müharibəyə başlasın”.
Ekspertin sözlərinə görə, XİN rəhbərləri arasındakı görüşdə Elmar Məmmədyarov erməni həmkarından absurd çıxışların izahını tələb etməlidir:
“Həmsədr ölkələrin Paşinyanın çıxışının ardınca heç bir mövqe sərgiləməməsinin səbəbləri izah edilməlidir. Artıq bu cür görüşlərdə hansısa təbəssümə, mehriban siyasi jestlərə ehtiyac yoxdur. Rəsmi Bakının reaksiyası çox sərt olmalıdır. Xüsusən, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın hansı mövqedə olduğunu görməlidir. Azərbaycan tərəfi bu cür təmaslardan heç bir nəticə gözləmir. Çünki İrəvan hökuməti görüşlərə formal olaraq qatılır və əlavə vaxt udmağa çalışır. Münaqişənin həllində vasitəçilik missiyasını icra edən həmsədrlər obyektiv mövqe sərgiləməzsə, onların təmsil etdikləri ölkələrin nüfuzuna ciddi zərbə dəymiş olacaq”.
XİN başçılarının görüşü: Məmmədyarov erməni həmkarından izahat istəməlidir
15:14 26.08.2019
Qarabağ
585
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniyada prezident seçkiləri keçirilir - YENİLƏNİB
11:35 24.11.2024
Dünya
İsrailin təxliyə əmri: Yüzlərlə fələstinli bu ərazini tərk etdi
11:17 24.11.2024
Dünya
Azərbaycanın COP29 uğuru
11:00 24.11.2024
COP29
Kəlbəcər Böyük Qayıdışa hazırlanır
09:55 24.11.2024
Sosial
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb
09:32 24.11.2024
Hadisə
Analitik: İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür
09:00 24.11.2024
Aktual
Biz regionda dayanıqlı sülh istəyirik -RƏY
08:16 24.11.2024
Siyasət
Rusiya nüvə silahının tətbiqindən hələki çəkinir -ANALİTİK
07:24 24.11.2024
Dünya
Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatıb
06:38 24.11.2024
Gündəm
Politoloq: Paşinyan Rusiya ilə hesablaşmaq məcburiyyətində qalacaq
05:17 24.11.2024
Dünya
Ayaq dırnaqları bizə lazımdırmı? -Alimlərdən ilginc açıqlamalar
04:30 24.11.2024
Cəmiyyət
And içməyənlər Rusiya vətəndaşlığını itirəcək -AÇIQLAMA
03:04 24.11.2024
Dünya
Zaman donub: Pəhləvilərin İranda hakimiyyət yolu bağlıdır
02:00 24.11.2024
Dünya
Zəlzələyə davamlı evlər... -Yanmış taxtadan tikilir
01:12 24.11.2024
Dünya
Hansı daha faydalıdır -Sarı, yoxsa ağ kərə yağı?
00:55 24.11.2024
Sağlamlıq
Məni buna görə "günah keçisi" elan ediblər - Merkel
23:40 23.11.2024
Dünya
HƏMAS girovlardan birinin səsini yaydı, İsrail yoxlayır
23:19 23.11.2024
Dünya
Zelenski Trampın sülh planını yanvarda alacağına ümid edir
23:10 23.11.2024
Dünya
“Onlar Türkiyəyə köçməyib” - Hakan Fidan
22:45 23.11.2024
Dünya
COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
22:12 23.11.2024
COP29
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
21:40 23.11.2024
COP29
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
21:39 23.11.2024
Dünya