"Vəssalam! Bitdi! Məzarda yatan ruhu narahat bir Ataya, 42 gündür gözünə yuxu getməyən bir Millətə və qisaslarının alınacağını gözləyən Şəhidlərimizə verilən o möhtəşəm vəd, söz yerinə yetirildi!".
Bu barədə Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü deyib.
Partiya funksioneri bildirib ki, ilk işimiz tamamlandı:
"İndi bir qədər dayanıb dincəlmək, rahat nəfəs almaq olar artıq! Çünki bizə illərdir "meydan" oxuyan alçaq, mənfur bir düşməni sülh üçün diz çökdürəcək, ayağımızın altına sərəcək fəth gerçəkləşdi - Qalamız alındı artıq! Bütün Qarabağın mənəvi paytaxtı - Şuşada artıq bayrağımız dalğalanır, himnimiz, azanımız oxunur! Ordumuz, igidlərimiz bütün millətimizin üzərindəki ləkəni təmizlədi! Bu zəfəri bizə yaşadan Allah, Sənə sonsuz şükürlər olsun!".