Fotodakı üç suriyalı Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşərək ölüb (FOTO)


Üç suriyalı şəxs Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşərək ölüb.

Trend-in məlumatına görə, bu barədə suriyalı hüquq müdafiəçisi Asaad Hana rəsmi "Twitter" hesabında etdiyi paylaşımda bildirib.

Onun sözlərinə görə, Hələbdən olan üç suriyalı oğlan Harout, Hagoub və Mouseek Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşərək ölüb.