Bir aydan çoxdur axtarılan şəhidin nəşi tapıldı - FOTO


İtkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

"Qafqazinfo" bildirir ki,  bir aydan çoxdur axtarılan Əhmədli Qardaşxan Elxan oğlu sonuncu dəfə ailəsi ilə 30 oktyabrda – Şuşa döyüşləri zamanı əlaqə saxlayıb.

Lənkəranın Osaküçə kəndində anadan olan şəhid Bakıda dəfn olunub.

Qeyd edək ki, Əhmədli Qardaşxanın bu yaxınlarda övladı dünyaya gələcək.