Prezident Akif Aşırlının qardaşı oğlunu təltif edib


Vətən savaşının ilk günündən etibarən döyüşlərə könüllü qatılan Pərviz Vəliyev dünən təltif olunub. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" Azərbaycan Respublikasının medalına layiq görülüb. 

 Qeyd edək ki, Pərviz qardaşı Pərvin ilə birgə bu gün də cəbhədə, torpaqlarımızın müdafiəsindədir.

 Pərvizin əmisi, "Şərq" qəzetənin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı bu münasibətlə Prezident, Ali Baş Komandana doğum günündə Vətəni qoruyan, canını fəda edən əsgərləri unutmadığına görə minnətdarlığını bildirib.