Azərbaycan Ordusu Laçın yolunda


Azərbaycan Silahlı Qüvvələrinə məxsus 8 maşından ibarət kolon Laçın dəhlizi ilə Şuşa-Qırmızı bazar-Qacar istiqamətində hərəkət edib.

Axar.az xəbər verir ki, nədənsə bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Hətta Rusiya MN həmin kolonu rus sülhməramlılarının təhlükəsizlik səbəbi ilə müşayiət etdiyini də qeyd edib.

Azərbaycan Ordusunun azad etdiyi ərazilərdə və Şuşadan Füzuli istiqamətində gəlməsində hansı təhlükəsizlik tədbirinə ehtiyacı olduğu isə açıqlanmayıb.