Qərbdən gəlib regiondakını qovmaq istəyirlər: “Məqsəd Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır”

“Zəngəzurda Azərbaycan-Ermənistan sərhədində olan məsələlərə ABŞ Dövlət Departamentinin, Fransanın və başqalarının münasibəti tamamilə səhv, beynəlxalq hüquqdan, ədalət hissindən uzaq olub, sırf geosiyasi və geoiqtisadi maraqları əks etdirir”

Bu sözləri millət vəkili Musa Qasımlı deyib. 

 Deputat "Sherg.az"a açıqlamasında bildirdi ki, region ölkələri indiki məqamda qətiyyət göstərməlidir:

"Başlıca məqsəd yenidən gərginlik yaradaraq Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, İran, Gürcüstan və digər dövlətlərin maraqlarına cavab verən Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. Dəhlizin açılmasından sonra regionda yeni şərait yaranacağından narahat olanlar Ermənistanı əllərində vasitə kimi saxlamağa, Rusiya və Türkiyəni regiondan çıxarmağa çalışırlar. Ancaq region dövlətlərində siyasi realizm hakim olarsa, min kilometrlərlə uzaqdan gəlib regionu yenidən qarışdırmaq istəyənlərin cəhdləri uğurlu ola bilərmi?".