Geri dönüşü yoxdur 

Ermənistan razılaşmalara əməl etmək məcburiyyətində qalıb


“Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycanla razılaşma sənədinin İrəvanın maraqlarına tam cavab verir deməsi ziddiyyətli açıqlamadır”. Bunu “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan hansı sənədə imza atsa da, bir qarış ərazisini güzəştə getməyəcək:

“Üçtərəfli komissiya fəaliyyət göstərir və bu komissiya sərhədlərin müəyyənləşdirilməsini 11 yanvar razılaşmalarını həyata keçirəcək. Artıq Ermənistan razılaşmalara əməl etmək məcburiyyətində qalıb. Bunun əksi Azərbaycanın yeni təzyiqləri ilə üzləşməkdir. Ermənistan tərəfində sərhəddə təxribat yaradaraq seçkini təxirə salmaq cəhdlərinin olması ehtimalı var idi. Rusiya Prezidenti Vladimir Putinin ötən gün Azərbaycan və Ermənistan liderlərinə zəngi əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulamaq üçün edilmişdi. Ermənistan tərəfinə konkret təlimatlar verilib. Artıq prosesin geri dönüşünə imkan verilməyəcək. Yeni sənədin bir hissəsi elan edilib. Nəticədə Paşinyana qarşı müxalifət partiyaları ciddi şəkildə siyasi təqibə başlayıblar. Göründüyü kimi seçkilər çətin və mürəkkəb situasiyada keçəcək”.